Myanmada buddistlərin məbədini yandırdılar

Etnik Benqal sakinləri – rohinca döyüşçüləri Myanma və Banqladeş sərhədində buddistlərin məbədinə hücum ediblər. Trend-in məlumatına görə, xarici KİV-lər döyüşçülərin tarixi məbədin ərazisini yandırdıqları, Buddanın heykəllərini dağıtdıqları barədə məlumat yayıblar.

Bildirilir ki, ərazidə gərgin vəziyyətlə əlaqədar 400 məktəbdə dərslər təhlükəsizlik baxımındn dayandırılıb.

Qeyd edək ki, burada vəziyyət avqustun 25-də döyüşçülərin polis məntəqələrinə hücumları ilə gərginləşib. Toqquşmalar nəticəsində çox sayda ölən və yaralanan olub.