“Ayntraxt” Renat Dadaşovu təbrik etdi

Almaniyanın “Ayntraxt” klubu millimizin üzvü Renat Dadaşovu təbrik edib.

Astarainfo.az Qol.az-a istinadən  məlumatına görə, klubun rəsmi Feysbuk səhifəsindən edilən paylaşımda gənc hücumçu milli komandamızın heyətində debüt etməsi münasibəti ilə təbrik edilib.

Qeyd edək ki, R.Dadaşov “Ayntraxt”ın U-19 komandasında çıxış edir.