Azərbaycanın 21 yaşadək futbolçuları İrlandiya yığması ilə qarşılaşacaqlar

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İrlandiya yığması ilə qarşılaşacaq.

Astarainfo.azn AZƏRTAC-a istinadən xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da start götürəcək. Oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək.

U-21 milli komandamız ilk oyunda səfərdə İsrail yığmasına 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-21 Avropa çempionatı 2019-cu il iyunun 16-dan 30-dək İtaliyanın və San-Marinonun birgə ev sahibliyi ilə keçiriləcək.