Britaniyanın “Brexit” üzrə dövlət katibi parlamentdə prosesin son nəticələrindən danışacaq

Britaniyanın “Brexit” üzrə dövlət katibi David Davis yay tətilindən sonra ölkə parlamentində Avropa İttifaqı ilə danışıqların gedişatı haqqında məlumat verəcək.

Artıq “Brexit” prosesində üçüncü mərhələyə qədəm qoyulub. Birləşmiş Krallıq “Brexit” qanun layihəsinə sadiq qalaraq danışıqlar aparmağa çalışır. Aİ isə Britaniyanın daha ciddi danışıqlara getməsində israrlıdır.

David Davisin məruzəsi zamanı “Brexit” qanun layihəsində bəzi dəyişiklərin edilməsinin də müzakirə olunacağı bildirilib.