Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7010 manat olub.