“Japan Airlines” (“JAL”) şirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsi mühərrikində baş verən yanğına görə Tokionun beynəlxlaq “Haneda” eroportuna fövqəladə eniş edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

Təyyarənin Tokio-Nyu-York marşrutu ilə uçduğu bildirilir. Yanğının mühərrikə quşun düşməsi nəticəsində baş verə biləcəyi də ehtimallar arasındadır.

Təyyarənin göyərtəsində 250 sərnişinin və heyət üzvünün olduğu bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.