Masallıda mikroavtobus beton maneəyə çırpılıb: xəsarət alanlar var – YENİLƏNİB

Masallı rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların kimliyi məlum olub. 

Astarainfo.az “Report”un Cənub bürosuna istinadən  xəbər verir ki, xəsarət alanlar 1972-ci il təvəllüdlü Məhərrəmova Xumar Həbib qızı, 1963-cü il təvəllüdlü Hüseynova Nazilə Fərhad qızı və 1965-ci il təvəllüdlü Dövlətova Zərifə Fərhad qızıdır. Onların hər üçü Masallı rayonunun Ambu kənd sakinləridir.

Qəza zamanı daha bir nəfər xəsarət alıb. O, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


***08:29

Sumqayıtdan Lənkərana gedən “QAZel” markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar Lerik rayon sakinləridir. Onlar Sumqayıt şəhərində keçirilən toy mərasimindən Lənkərana qayıdırmış. Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.