Millimiz mundiala vəsiqə şansını itirdi

Milli komandamız DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq şansını rəsmən itirib.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, Robert Prosineçkinin komandası evdə San Marinonu 5:1 hesabı ilə məğlub etsə də, bu, komandamız üçün yetərli olmayıb.

İkinci pillədə qərarlaşan Şimali İrlandiya yığması Norveçə qalib gəlməklə (2:0) xalını 19-a çatdırıb. Sona iki tur qalmış ilk iki yerdən birini təmin edən britaniyalılar millimiz üçün əlçatmaz olub.

Qeyd edək ki, millimiz mundiala vəsiqədən əlini üzsə də, tarixində ilk dəfə seçmə mərhələdə 10 xal toplamağı bacarıb.

N Komanda O Q H M  T/F X
1 Almaniya 8 8 0 0 35-2 24
2 Ş. İrlandiya 8 6 1 1 16-2 19
3 Azərbaycan 8 3 1 4 8-12 10
4 Çexiya 8 2 3 3 10-9 9
5 Norveç 8 2 1 5 8-16 7
6 San Marino 8 0 0 8 2-38 0