Siqaretin daha bir öldürücü xüsusiyyəti

Siqaret prostat xərçəngi xəstəliyi olan insanlara ölümcül təsir göstərir.(euronews) ABŞ-ın Harvard universitetinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, siqaret bu xəstəliyin daha da ağırlaşmasına səbəb olur.

Astarainfo.az Day.Az-a istinadən bildirir ki, 1986-2006-cı illər ərzində 5366 prostat vəzisi xərçəngi xəstəliyindən əziyyət çəkən insanlar üzərində aparılmış təhqiqatın nəticəsi bunu deməyə əsas verir. Təhqiqat zamanı məlum olub ki, siqaret istifadəçisi olan insanlarda ölüm halı daha çox baş verir. Heç siqaret çəkməyən insanlarda isə ölüm riski siqaret çəkənlərdən xeyli aşağı səviyyədədir.