Xəzəri qoruyaq…

Artıq 22 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabrın 15-də Beynəlxalq Sahilyanı Təmizlik Gününü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.

Azərbaycan da həmin beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir və ildən-ilə hərəkatın miqyası genişlənir. Tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətləri və “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü çıxış edir. Cari ildə təşkilatçılar sırasına “Xəzər TV” kanalı da qoşulub.

AZƏRTAC xəbər verir ki, ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahily

anı Təmizlik Günü çərçivəsində sentyabrın 23-də Mərdəkan çimərliyində #Xəzəriqoruyaq şüarı altında genişmiqyaslı təmizlik aksiyası keçirəcək. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunacaqlar. Ötən illərdən fərqli olaraq, bu ilki aksiyada geniş ekoloji maarifləndirmə tədbirləri də nəzərdə tutulub. Belə ki, qəzet və xəbər saytlarında, təşkilatçıların Facebook səhifələrində, “ASAN Radio” və “Xəzər” televiziyası vasitəsilə əhalini ətraf mühitə məsuliyyət və qayğı ilə yanaşmağa çağıran müxtəlif informasiya materialları yayımlanacaq.

Azərbaycanda son yeddi il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33 hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Tədbirin təşkilatçıları hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına iştirakla bağlı məktub göndərə bilərlər.