Yapon şirkəti rabitə vasitəsi kimi dronlardan istifadə edəcək

AZƏRTAC xəbər verir ki, Yaponiyanın telekommunikasiya sahəsində tanınmış “NTT Docomo” şirkəti təbii fəlakətlər zamanı rabitə vasitəsi kimi dronlardan istifadə etməyi planlaşdırır.

Məlumdur ki, zəlzələ və tropik yağışlar zamanı rabitə vasitələri sırdan çıxa bilər. Belə bir problem cari ilin iyulunda Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında rekord səviyyədə yağan leysan yağışlar zamanı müşahidə edilib.

Şirkət rele avadanlığı ilə təmin edilmiş dronların müvəqqəti olaraq simsiz rabitə funksiyasını yerinə yetirə biləcəyini dəqiqləşdirmək üçün sınaqlar keçirməyi planlaşdırır. Sınaqlar müsbət nəticələnəcəyi təqdirdə şirkət müvafiq qanunvericilikdə dəyişiklik olunması üçün hökumətə müraciət etmək niyyətindədir. Hazırda mövcud olan qanunvericilik retransliyasiya məqsədilə dron kimi avadanlıqlardan istifadəyə icazə vermir.