“Azərbaycan millisinin tam fərqli oyununun şahidi olduq”

Rəqibimizin İsrail yığması ilə keçirdiyi oyunu izləmişdik. Bu dəfə Azərbaycan millisinin tam fərqli oyununun şahidi olduq. U-21-in heyətinə əsas millidən dəvət olunmuş futbolçuların olduğunu da bilirdik”.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İrlandiya millisinin məşqçisi Hari Makyu Avropa çempionatının seçmə mərhələsində yığmamıza 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, birinci hissədə bərabər oyun olduğunu bildirib: “Fasilədən sonra daha yaxşı oynadıq”