İndoneziyalı gənc Həcc ziyarətini həyata keçirmək üçün piyada 9 min km yol qət edib

Builki Həcc ziyarətinin iştirakçılarından biri, gənc indoneziyalı Məhəmməd Kahmim Setyavan Məkkə və Mədinədə dini ziyarətini yerinə yetirmək üçün piyada 9 min km yol qət edib.

Astarainfo.az”Report”  istinadən xəbər verir ki, o, orta hesabla gündə 50 km məsafə gedib.

Zəvvar Məkkəyə İndoneziyanın Pekalonqan şəhərindən gedib. O, səyahətə 2016-cı il avqustun 28-də başlayıb. Onun çantasında yalnız bir neçə əsas əşya və “Quran” olub.

Gənc oğlandan nə üçün təyyarə ilə asan şəkildə yox, uzun və çətin yol qət edərək Məkkəyə gəldiyi soruşulan zaman o, bununla özündə intizamı və inamı artırdığını vurğulayıb.

İndoneziyalı tez-tez gecələr yola çıxar, gündüzlər isə məscidlərdə, ictimai binalarda, yerli sakinlərin evlərində və meşədə dincəlib.

Qeyd edək ki, bu il Həcc ziyarəti avqustun 30-dan sentybarın 4-dək davam edib.