Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün vəzifələrinə dair kollektivin ümumi yığıncağı keçirilib.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, teatrın direktoru Tofiq Heydərov əvvəlcə ötən mövsümün yekunlarına nəzər salaraq əldə olunan nailiyyətləri bir daha yada salıb. Bildirilib ki, ötən mövsüm teatr üçün uğurlu keçib. Kollektiv İranın Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə qastrol səfərində olub. Cari ilin noyabrında isə teatrın truppası Qazaxıstanın Aktau şəhərinə qastrol səfərinə gedəcək.

Qeyd olunub ki, teatrda rejissor, Əməkdar Artist Adil Zeynalovun quruluşunda Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri tamaşaya hazırlanır. İlin sonuna kimi daha bir neçə səhnə əsərinin hazırlanması da nəzərdə tutulub.

İclasda kollektivin üzvləri irad və təkliflərlə çıxış ediblər.