Sizdən tanınmış ixtiraçıları soruşsaq, çox güman ki, Tomas Edison, Qraham Bell, hətta, Leonardo Da Vinçini misal gətirəcəksiniz.

Bəs Meri Anderson, Ann Tsukamoto? Bu adlar sizin üçün nə isə ifadə edirmi?

Bu iki qadının hər gün istifadə etdiyimiz nəsnələrin ixtiraçısı olduğunu bilirdinizmi?

  Qadınların dünyaya bəxş etdiyi ixtiraları təqdim edir.

Kompüter proqramı – Qreys Hopper

İkinci Dünya Müharibəsində ABŞ donanması ilə savaşa qatılan Qreys Hopperə “Mark 1” adlı yeni bir kompüter işi tapşırılıb.

Qreys də 1952-ci ildə ilk kod yığmaq funksiyasını yazıb. Bu funksiya sözlərlə verilmiş təlimatları kompüterin anlaya biləcəyi kodlara tərcümə edib. Beləcə, proqramlama işi daha sürətlə həyata keçirilib. Bu, kompüterin işləmə metodlarında inqilabi xarakterli bir kəşf olub.

Məhz bu iş Qreysi kompüter proqramçılığının birincisi edib.

Zəng edənin adı – Şirli Ann Cekson

Şirli Ann Cekson amerikalı bir fizik olub. O, 1970-ci ildə apardığı araşdırmalar nəticəsində telefona zəng gələn zaman zəng edən adamın kimliyini göstərən funksiyanı kəşf edib.

Telekommunikasiya sahəsində gördüyü işlər isə daha çox faks maşını, fiber optika və s. kimi avadanlıqların inkişafına təkan verib.

Şirli həmçinin, Massaçusetts Texnologiya Universitetində doktor dərəcəsi alan ilk qaradərili qadın olub.

Şüşəsilən – Meri Anderson

Meri Anderson 1903-cü ilin qışında Nyu-Yorka səfər edib. O, yolda gedərkən bir kişinin toplanmış qarı təmizləyərək avtomobilinin şüşəsini silməyə çalışdığını görüb. Elə həmin an ağlına avtomobillərin şüşəsini avtomatik olaraq siləcək qurğu gəlib. Bunun üzərində işləyən Meri həmin il ixtirasının patentini alıb.

İlk zamanlar maşın istehsalçıları bu siləcəklərin sürücülərin diqqətini dağıdacağını deyib. Bu iraddan sonra Merinin ixtirasına düzəlişlər edilib və siləcəklər müasir halındakı kimi avtomobillərə yerləşdirilib.

Kosmik baza batareyaları – Olqa Qonzalez-Sanabria

Beynəlxalq Kosmik Stansiyada istifadə edilən uzunömürlü nikel-hidrogen batareyaların ixtiraçısı Porto Rikolu elm adamı Olqa Qonzalez-Sanabria olub.

O, bu texnologiyanı 1980-ci illərdə NASA-nın Qlenn Araşdırma Mərkəzində kəşf edib.

Qabyuyan maşın – Jozefina Soçreyn

Bu qadın çirkli qabları xidmətçilərindən daha sürətli yumağın yollarını axtarıb. Qablar sürətlə yuyulacaq, ancaq biri də qırılmayacaq.

Beləliklə, o, qabyuyan maşını ixtira edib. Onun ilk maşını mis qazan və motordan ibarət olub. Bu ixtira həm də su təzyiqindən istifadə edən ilk mexanika olaraq tarixə düşüb.

Jozefinanın əyyaş həyat yoldaşı ona böyük miqdarda borc qoyaraq ölmüşdü. Jozefina bu ixtiranın patentini aldıqdan sonra borclarını ödəyib və öz fabrikini qurub.

Ev təhlükəsizlik sistemi – Mariya Van Brittan Brovn

Tibb bacısı işləyən və çox zaman evdə tək qalan Mariya özünü daha təhlükəsiz hiss etmək üçün bir üsul axtarışına çıxıb. O, nəhayət ki, 1960-cı ildə həyat yoldaşı ilə birlikdə ev üçün təhlükəsizlik sistemini qurub.

Bu cihaz olduqca qarışıq şəkildə dizayn edilib. Bir motor tərəfindən idarə edilən kamera müşahidə dəliyindən ətrafa nəzarət edib. Kameranın çəkdiyi görüntülər isə yataq otağındakı ekrana göndərilib. Ekran qurğusu isə həyəcan siqnalı ilə dəstəklənib.

7. Kök hüceyrə izolyasiyası – Ann Tsukamoto

Tsukamoto kök hüceyrə izolyasiyasının patentini 1991-ci ildə alıb.

Bu, xərçəng xəstələrinin qan dövranı sistemini anlamaq və xəstəliyin bütün mümkün müalicə yolları üçün olduqca yararlı bir ixtira hesab edilir.

Tsukamoto hazırda araşdırmalarına davam edir.

Kevlar – Stefaniya Kvolek

Kimyagər Kvolek güllə keçirməyən jiletlərdəki incə lifləri kəşf edib.

1965-ci ildə ixtira etdiyi bu material poladdan 5 qat daha güclü olub. Bu səbəbdən həmin jiletlər milyonlarla insanın həyatını qurtarıb, hazırda qurtarmağa da davam edir. Hazırda bu maddə mobil telefonlardan təyyarələrə qədər bir çox yerdə istifadə edilir.

Monopliya – Elizabet Magi

Məşhur monopoliya oyununun yaradıcısı Çarlz Darrov olaraq bilinir. Lakin gerçəkdə belə deyil. Tarixin ən populyar oyununun qaydaları Elizabet Magi adlı qadın tərəfindən qoyulub.

Maginin qaydaları yepyeni bir oyun ərsəyə gətirib saxta pullar və mülklərlə sərvət toplamaqdan keçirdi. Onun 1904-cü ildə dizayn etdiyi oyunun adı isə “The Landords Game” (Mülkədarların oyunu) idi.

Eyni oyun “Monopoliya” adı ilə Parker Brothers tərəfindən də yayımlanıb.

500 dollar ödəyib. Daha sonra Megidən də oyunun patentini alıb.

Publika.az