Ukraynada turist polisinin yaradılması nəzərdə tutulur

Ukraynanın Odessa, Lvov və Kiyev şəhərlərində hökumət tərəfindən turist polislərin yaradılması layihəsinə baxılır.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuata Odessa vilayətinin Milli Polis Baş İdarəsinin rəisi Dmitriy Qolovin məlumat verib.

Layihəyə əsasən, turist polislərinin mayın 1-dən sentyabrın 15-dək fəaliyyəti nəzərdə tutulur.

“Turist polisləri maksimum texniki vasitələrlə təchiz etmək planlaşdırılır. Bu polislər kurort sahələrindəki cinayətlərin aradan qaldırılması, bu şəhərlərin turistlər üçün cəlbediciliyini artırmaq, turizm sənayesinə investisiyaların artırılması və digər bu kimi məsələlərə kömək edəcək”, deyə – Qolovin bildirib.