Astarainfo.az xəbər verir ki, Astara rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, Astara rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Mahmudov və  qonaqlar iştirak etmişlər.

Konfransı giriş sözü ilə Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova açmış və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini  Allahverən Mahmudov konfras iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təbrik məktubunu oxumuşdur.

Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın   “2016-2017-ci dris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruəsi dinlənilmiş və sonra məruzə ətrafında  çıxışlar edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev çıxış edərək təhsil işçılərini  yeni tədris ili münasibəti ilə təbrik etmiş, onlara tövsiyyələrini vermişdir.

2016-2017-ci tədris ilində rayonun ictimai-siyasi həyatında  və pedaqoji fəaliyyətində fərqlənən bir qrup müəllimlər rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin “Fəxri-Fərman”ı ilə təltif edilmişdir.

Sonda konfransın qərar layihəsi oxunmuş və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.

Konfras işini 9 sentyabr tarixdə bölmə iclaslarında davam etdirəcəkdir.