Azərbaycan bankları dollar satışını 2,6 dəfə azaldıb

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan bankları 764,7 milyon dollar satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, eyni dövr ərzində müştərilər nağd şəkildə 12,09 milyon funt sterlinq, 158,63 milyon avro və 1,37 milyard rubl əldə edib.

Banklar tərəfindən dolların alınmasında da eyni vəziyyət qeydə alınıb. Belə ki, bu ilin ilk 7 ayı ərzində banklar 829,11 milyon dollar alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilir ki, banklar yeddi ay ərzində 3,75 milyon funt sterlinq, 114,93 milyon avro və 7,48 milyard rubl əldə edib.