AZAL yeni tariflər tətbiq edəcək

AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur

Aşağı büdcəli aviaşirkətin (“Buta Airways” lou-kosteri) işə salınması ilə əlaqədar olaraq cari ilin oktyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək.

“Digər tariflər də mövcud olacaq ki, biz onlar barədə oktyabrın sonuna yaxın elan edəcəyik”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kq) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçiminizə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.

Sosial səhifələrdə paylaş