Həmvətənimiz Qəzənfər Quliyev Rusiyanın Mariy El Respublikasının Voljsk şəhəri başçısının müavini təyin edilib.

Astarainfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Q.Quliyev 2015-ci ildən Voljsk meriyasında işləyir. Bundan əvvəl о, şəhər meri İqor Voroninin müavininin vəzifələrini icra edirdi.

Qəzənfər Quliyev 1963-cü ildə Azərbaycanda anadan olub, 1981-ci ildən Volqoqradda, 2010-cu ildən isə Voljskdə yaşayır. O, Volqoqrad İnşaat Mühəndisləri İnstitutunu və Volqoqrad Dövlət Universitetini bitirib. Volqoqrad Dövlət Texniki Universitetinin aspirantura bölməsində təhsil alıb.