Kiyevin mərkəzində avtomobil partlayıb, yaralananlar var

Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki Bessarabskaya meydanının yaxınlığında avtomobil partlayıb.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində zərərçəkənlər var.

Məlumata görə, partlayış nəticəsində avtomobil tamamilə dağılıb. Maşının salonunda olan qadın yaralı vəziyyətdə xəstəxanaya aparılıb.