Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib

Meksika sahillərində 8,1 bal gücündə zəlzələ olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin mərkəzi Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə yerləşib.

Məlumata görə, yeraltı təkanların ocağı 33 km dərinlikdə olub.

Dağıntı və fəlakət qurbanları barədə məlumat verilməyib.