Qırğızıstanın 6 televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Qırğızıstanın 5 televiziya – “Asia TV”, “Osh Pirim TV”, “Kyrgyzstan TV”, “Sentyabr TV”, “Ekho Manas TV” və 1 radio – “Next” FM kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, “Azərkosmos” ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.