“Qrupun sürpriz komandası “Qarabağ”dır” – “Roma”nın oyunçusu

Qrupumuz çətindir. Lakin biz məsuliyyətimizi dərk edirik”.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, bu sözləri “Roma”nın müdafiəçisi Juan Jesus Çempionlar Liqasındakı yer aldıqları qrupu dəyərləndirərkən deyib.

İtaliya mətbuatına danışan braziliyalı 26 yaşlı oyunçu “Qarabağ”ın qrupun sürpriz komandası olduğunu bildirib: “Çelsi”, “Atletiko”nun gücünü hamı bilir. Sürpriz komanda “Qarabağ”dır. Amma biz öz keyfiyyətlərimizə bələdik. Növbəti mərhələyə adlaya bilərik. Əvvəlcə “Atletiko” ilə oyun var. Biz bu matçda üç xal qazanmağı düşünürük”.

O, ÇL-in çətin keçəcəyini bildirib: “Bu gözəl və çətin yarış olacaq. Ancaq mən komanda yoldaşlarıma inanıram. “Roma” üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Roma” C qrupunda “Çelsi”, “Atletiko” və “Qarabağ”la birgə mübarizə aparacaq.