Yol hərəkəti qaydaları ilə bağlı yeni kitab çap olunub

Yol hərəkəti qaydaları ilə bağlı yeni kitab çap olunub.

“Report” xəbər verir ki, nəşrin müəllifi yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovdur.

Kitaba “Yol hərəkəti haqqında” qanun da daxil edilib. Bundan başqa, qanunun əksər maddələrinin yanında onun tələblərinin pozulmasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə məsuliyyət yaratdığı da qeyd olunub.

Yeni nəşri Bakının kitab mağazalarından əldə etmək olar.