10 gün ərzində dağıdıcı zəlzələ olacaq – Alimlərdən QORXUNC PROQNOZ

Alimlər Meksikanın cənub sahillərində dünən baş verən 8,2 ballıq zəlzələdən sonra daha böyük bir zəlzələnin baş verəcəyini proqnozlaşdırırlar.

Publika.az Türkiyənin “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Yer qabığında əmələ gələn enerji Türkiyə də daxil olmaqla dünyanın istənilən nöqtəsində 10-15 gün ərzində dağıdıcı zəlzələyə səbəb ola bilər.

Türkiyəli professor Övgün Ahmet Ercan qeyd edir ki, 5-10 il aralığında baş verən 8 bal və daha güclü zəlzələr Yer kürəsinin oxunda sürüşməyə və ölümcül zərərlərə gətirib çıxarır. Onun sözlərinə görə, Meksikada baş verən zəlzələ dünyanın hər hansı yerində 10 gün ərzində böyük bir zəlzələnin baş verəcəyinə işarədir.

“Bu zəlzələdən çıxan enerji 1000 atom bombasının enerjisinə bərabərdir. Bu gücdə zəlzələlər dünyada il ərzində 2-3 dəfə baş verir. Zəlzələnin müddəti deyildiyi kimi təxminən 1 dəqiqə olub, dərinliyi isə 33 kilometrdir. Zəlzələnin harada olduğu da çox əhəmiyyətlidir. Bura yüksək seysmik zonadır. Meksika böyük zəlzələlərin baş verdiyi bir ölkədir”, – o bildirib.

Ömər Dağlı