Almaniyada qumdan tikilən dünyanın ən böyük qəsri Ginnesin rekordlar kitabına daxil edilib. Onun hündürlüyü 16,68 metr təşkil edir.

AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, nəhəng layihə cari ilin avqustunda Duysburq şəhərində həyata keçirilib.

Unikal tikintiyə 3500 ton sıxılmış qum sərf olunub. Maraqlıdır ki, qəsr Hindistanda yerləşən, indiyədək dünyada ən hündür qəsr sayılan “Odişa”dan 1 metr 84 santimetr hündürdü