AYİB məişət tullantılarının idarə edilməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) məişət tullantılarının idarə edilməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Trend İqtisadiyyat Nazirliyinin məlumatına istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olarkən AYİB-in prezidenti Suma Çakrabarti deyib.

Səfər zamanı bərk məişət tullantılarının yandırılması zavoduna baş çəkən S.Çakrabarti Azərbaycanın bu sahədə əldə etdiyi uğurları qeyd edib.

S.Çakrabarti həmçinin, Balaxanıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu və Böyükşor gölü ətrafında yaradılan şəraitlə tanış olub.