Rusiyada sərnişin qatarı ilə yük maşını toqquşub – 17 yaralı (YENİLƏNİB)

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində sərnişin qatarı ilə “KamAZ” yük maşınının toqquşması nəticəsində 17 nəfər yaralanıb.

Trend bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Bildirilir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

x x x

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində sərnişin qatarı ilə “KamAZ” yük maşını toqquşub.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.

Hazırda hadisə yerinə xilasedicilər cəlb edilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.