Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində “Universitetlərin strateji inkişafı” mövzusunda təlim-seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlim-seminarda ali təhsil müəssisələrinin məsul əməkdaşlarına universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqlar aşılanıb. Almaniya, Belçika və Portuqaliyadan dəvət olunan ekspertlər seminar iştirakçılarına Avropa universitetlərinin ən yaxşı təcrübə və nümunələri əsasında strateji planlaşdırma kontekstində ali təhsil müəssisələrinin inkişaf planının yaradılması və icrasını təqdimatla izah ediblər.

Qeyd edək ki, TAIEX proqramının məqsədi təlimlər və digər dəstəkləyici tədbirlər vasitəsilə Avropa İttifaqı ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrin dövlət qurumları ilə paylaşmaqdır.