Bu vitaminin çatışmazlığı xərçəngə səbəb olurmuş – FOTO

Amerikada araşdırmalar aparan türk bioloq Vəsfiyyə Qoca Boran insan orqanizmində “B2” vitamininin əskik olmasının xərçəng xəstəliyinə səbəb olduğunu açıqlayıb.

   Bu vitaminin çatışmazlığı ölümcül xərçəngdən əlavə, başqa xəstəliklər də yarada bilir.

“B2” vitamin çatışmazlığı yaşayan insanlarda ilk olaraq iltihablanma, dəridə qızartılar, ayaq altlarında yanma hissi, qulaq və burunda qabıqlanma, üşütmə, baş gicəllənməsi, saç tökülməsi, gözlərdə yanğı kimi simptonlar baş qaldırır.

Bu vitaminin bədəndə azalmasına səbəb isə həddən artıq spirtli içki qəbulu, antibiotik və sakitləşdirici dərmanlardır.

Qəbul edilən qidalarda kifayət qədər “B2” vitamini olsa da, yanlış bişirilmə metodu vitamin miqdarının kəskin azalmasına səbəb olur. Bədənimizdə bu vitaminin balansını qorumaq üçün ət, süd, yumurta, yaşıl yarpaqlı, paxlakimilər fəsiləsinə aid olan bitkilərdən bol miqdarda istifadə etməliyik.

Publika.az

Zümrüd