Əməkdar Artist Beynəlxalq Mədəniyyət Forumuna dəvət alıb

Noyabrın 16-dan 18-dək Azərbaycanın Əməkdar Artisti, tanınmış rəqqas Tahir Eynullayev VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, rəqqas forumda iştirakını təsdiqləyib və səfərə hazırlıqlara başlayıb.

Qeyd edək ki, tanınmış rəqqas ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.