ABŞ-da səhralıqda 2,9 milyon dollara ev satılır

ABŞ-ın Yuta ştatında, səhralıqda sadə bir ev 2,9 milyon dollara satılır və hər bir kəs onun sahibi ola bilər.

AZƏRTAC infuture.ru. saytına istinadla bildirir ki, gözəl hovuzu və landşaftı ilə seçilən ev sadə olduğu qədər də geniş və rahatdır. Eyni zamanda, səs-küylü şəhər sivilizasiyasından uzaqlaşmaq üçün ən gözəl məkandır.

Evin iri pəncərələri təbii günəş işığının otaqlara daxil olmasına münbit şərait yaradır ki, bununla həm də enerjiyə qənaət edilmiş olur.