Nazir dərsliklər barədə – Hər bir dərsliyin istifadə müddəti 4 ildir

“Azərbaycanın bütün ümumtəhsil müəssisələri yeni tədris ilinə hazırdır”.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yeni tədris ilinə hazırlıq işləri üçün yay aylarından başlayaraq bütün lazımi və zəruri işlər həyata keçirilib: “Buna bariz nümunə mərkəzləşdirilmiş şəkildə müəllimlərin imtahanın keçirilməsi idi. Bu günə qədər 4 mindən çox müəllim yeni işə qəbul olunub. Hazırda proses davam edir”.

M.Cabbarov qeyd edib ki, bu il 49 min namizəd müsabiqəyə qatılıb, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi.