Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden bu günlərdə Radio Sxouven Dəüvlandda (Schouwen-Duiveland) aparıcısısı Geert Jan de Bruijn olan proqramın qonağı olublar.

Bu barədə təşkilatın sədri Vüqar Abbasov məlumat verib.

Onun sözlərinə görə, proqram vaxtı iki ölkə arasındakı əlaqələrdən söhbət açılıb. Azərbaycanın turizm imkanları barədə geniş danışan soydaşımız indi Azərbaycana viza almağın daha asan olduğunu bildirərək bunu internet üzərindən bir neçə dəqiqəyə etməyin mümkünlüyünü deyib.

Ötən ilin yay fəslində Azərbaycanda olmuş “Connect”in katibi Vim van Embden isə Bakının olduqca gözəl şəhər olduğundan, yerli əhalinin insanpərvərliyindən, tolerantlığından və s. söhbət açıb.

Niderlandlı turizm həvəskarlarını Azərbaycana dəvət edən Vim qeyd edib ki, o özü də növbəti tətillərindən birini mütləq bu ölkədə keçirtmək istəyir.

Daha sonra isə söhbət Niderland məhsullarının Azərbaycanda və əksinə, Azərbaycan məhsullarının Niderlandda tanıdılmasından danışılıb.

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədri ilə görüşündən danışan Vüqar Abbasov bildirib ki, hər hansı bir Niderland şirkəti Azərbaycanda iş görmək istəyərsə, cənab səfir də bu barədə öz fikirlərini həmən şirkətlə bölüşməyə hazırdır.

Daha sonra soydaşımız proqramın aparıcısına Azərbaycan çayı və üzərində Bakıya aid şəkil olan fincan hədiyyə edib və Geert Jan de Bruijn canlı yayımda bu barədə dinləyicilərə danışaraq soydaşımıza təşəkkür edib.