“Qarabağ”ın U-19 komandası Londonda son məşqinə çıxıb

Ağdamın “Qarabağ” futbol klubunun U-19 komandası UEFA Gənclər Liqasında sabah səfərdə “Çelsi”nin qonağı olacaq.

AZƏRTAC Ağdam təmsilçisinə istinadla xəbər verir ki, komandamız bu gün Bakı vaxtı ilə saat 14:30-da qarşılaşmanın keçiriləcəyi “Cobham” stadionunda oyunöncəsi son məşqinə çıxıb. Son hazırlıq təxminən 90 dəqiqə davam edib.

Qeyd edək ki, “Çelsi”-“Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 16:05-də start götürəcək.