Yeni dərs ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 15 sentyabr – Yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışır.

QSC-ni İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni dərs ili ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.