Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək

Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək.

Səfirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, diplomatik nümayəndəlik sentyabrın 12-dən 25-dək viza müraciətlərini qəbul etməyəcək.

Səfirliyin konsulluq bölməsinin müvəqqəti bağlanmasının dəqiq səbəbi açıqlanmayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, bu, texniki məsələlərlə bağlıdır.

Məlumata görə, viza müraciətlərinin qəbulu sentyabrın 26-dan bərpa ediləcək.