Güclü külək və yağış Zaqatalada fəsadlar törədib

Nəticədə 20-dən çox tövlə və altıaçıqların dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda kənd sakinləri və aidiyyati qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar. Zaqatala Elektrik Şəbəkədən verilən məlumata görə, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.