“Liverpul”un müraciəti rədd edildi

“Liverpul”un futbolçusu Sadio Manenin 3 oyunluq cəzası qüvvədə qalıb. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə Futbol Assosiasiyası rəsmi açıqlama yayıb.

 

Bildirilib ki, mersisaydlıların appelyasiya müraciəti rədd edilib və futbolçu hər 3 oyunda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “Mançester Siti” ilə oyunda (0:5) şəhərlilərin qapıçısı Edersonun üzünə ayaqla zərbə endirən Mane qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.