Pakistanın Ravalpindi şəhərində furqonla yük maşınının toqquşması nəticəsində 14 nəfər həlak olub.

Trend-in məlumatına görə, qəzadan sonra başlayan yanğın 6 nəfərin xəsarət almasına səbəb olub.

Polisin verdiyi məlumata əsasən, toqquşmadan sonra sərnişinlərin olduğu furqonda yanğın başlayıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.