“Qalatasaray” Səlcuk İnanı göndərir

“Qalatasaray” futbolçusu Səlçuk İnanla yollarını ayırmaq qərarına gəlib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi yarımmüdafiəçini qış transfer pəncərəsində və ya mövsümün sonunda  komandadan göndərəcək. Səbəb futbolçunun son dövrlər istənilən oyunu sərgiləyə bilməməsidir.

Qeyd edək ki, Səlcukun “Qalatasaray”la 2 illik müqaviləsi var.