“Qarabağ”ın stadionu erməni bombaları ilə dağıdılıb

“Əgər bu gün regionda vəziyyət ayrı cür olsaydı, dünyanın diqqəti Ağdam şəhərinə yönələrdi. Burada UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın İngiltərənin “Çelsi” komandası ilə oyunu keçirilərdi”.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “Independent” nəşri yazır.

Məqalədə qeyd olunur ki, bu gün Ağdamın “İmarət” stadionunu erməni snayperləri görür: “Qarabağ”ın oynadığı stadion erməni bombaları ilə dağıdılıb”.

Müəllif yazır ki, “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinin daha geniş işıqlandırılmasına imkan verəcək:

“Klubun Çempionlar Liqasındakı çıxışından sonra daha çox insan Qarabağın Azərbaycan torpağı olduğunu biləcək və bir daha primitiv erməni təbliğatına uymayacaq”.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında “Qarabağ” Londonda “Çelsi”nin qonağı olacaq.