Rusiyada dəmiryolu vağzalı təxliyə edildi

Rusiyada “Perm 2” dəmiryolu vağzalında sərnişinlər təxliyə edilib. Trend-in məlumatına görə, hadisə şahidlərinin sözlərinə görə, hazırda vağzalda dispetçer sərnişinləri təşviş soyuqqanlı olmağa çağırır, vağzalın inzibati binası qapalıdır, bina polis tərəfindən nəzarətə göütrülb.

Bildirilir ki, qatarı hərəkət edəcək sərnişinlər platformaya tək-tək yalnız polis nəzarətindən keçdikdən sonra buraxılır.

Yaxınlıqda yanğısöndürmə maşınları və təcili tibbi yardım briqadasının növbə çəkdiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Maqadanda iki kinoteatr, bir neçə məktəb, ali məktəb və bazardan vətəndaşlar təxliyə edilib.

Astarainfo.az Trend-ə istinadən məlumatına görə, təhlükəsizlik xidmətinin region üzrə nümayəndəsi bildirib ki, buna səbəb həmin yerlərə bomba qoyulması barədə anonim zənglərin alınması olub.

Onun sözlərinə görə, kütləvi bomba qoyulması barədə anonim zəng ümumi “112” xidmətinə daxil olub.

Nümayəndə bildirib ki, anonim zəngdən dərhal sonra həmin obyektlər təxliyə edilib və ərazi nəzarətə götürülüb.