Almaniyalı investorlar Azərbaycanda özəlləşdirilmə prosesinə maraq göstərir (FOTO)

Qeyd olunub ki, özəlləşməyə açılan müəssisələrin fəaliyyət sahələri, profilləri, iqtisadi göstəriciləri barədə informasiya vermək, palataya üzv olan şirkətlər arasında informasiya mübadiləsini gücləndirmək, əlaqələrin genişləndirilməsini təmin etmək də əsas vəzifələrdəndir.

Görüşdə palatanın Azə

rbaycandakı nümayəndəliyinin icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində aparılan islahatlar bu il keçirilən biznes sorğularında yüksək qiymətləndirilib. Azərbaycanda aparılan iqtisadi islahatlar çərçivəsində özəlləşdirilmənin sürətləndirilməsi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, hazırda 120-dən artıq Almaniya və Azərbaycan şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvüdür. Bu tədbirin keçirilməsi də həmin üzvlərin özəlləşdirilmə prosesində daha geniş iştirakına yeni imkanlar açır.

Sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, Dövlət Komitəsi sahibkarların prosesə cəlb edilməsi istiqamətində mühüm işlər görür. Bu sahənin modernləşdirilməsində, müasir idarəetmə standartlarının tətbiqində, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir. Paytaxtda və regionlarda rəqabətqabiliyyətli müəssisələrin özəlləşdirilməsi, onların fəaliyyətinin yenidən bərpası, investorların prosesə cəlb edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir.

Bildirilib ki, özəlləşdirilmiş müəssisələrdə çoxlu sayda iş yerləri yaradılıb, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təmin olunub. Ümumilikdə, özəlləşdirmə prosesində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. İndiyə kimi Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Çin, Finla

ndiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirmədə iştirak ediblər. 40-dan artıq hərrac keçirilib, bu hərraclarda 1400-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Hərracda istənilən şəxs və ya media üzvü iştirak edə bilər.

Görüşdə özəlləşdirmə prosesində daha bir yenilik olan dövlətə məxsus daşınar əmlakların özəlləşdirilməsini həyata keçirən elektron hərrac barədə məlumat verilib. Qeyd edilib ki, elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda elektron hərrac vasitəsilə bütün növ dövlət əmlakının özəlləşdirilməsi həyata keçiriləcək.

Xarici investorların ölkəyə cəlb olunması üçün mütəmadi tədbirlər həyata keçirən Komitə bu sahədə yeni l

ayihələr reallaşdırır. Bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə Komitə ilə Almaniyanın Federal Maliyyə Nazirliyi arasında anlaşma memorandum imzalanıb. Bundan başqa, Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əlaqələr qurulub.

Daha sonra Komitənin nümayəndəsi “Azərbaycanda özəlləşdirmə və investisiya imkanları” mövzusunda təqdimatla çıxış edib. İndiyədək ölkədə həyata keçirilən özəlləşdirmə prosesi, bu sahədə tətbiq olunan yeniliklər barədə danışılıb. Özəlləşdirilməyə açılan yeni müəssisələr, onların perspektivləri, yaranma tarixi, investisiya imkanları, maliyyə göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, həmin müəssisələr sənaye, səhiyyə, nəqliyyat, tikinti, xidmət və digər iqtisadi sahələrə aid olmaqla sərmayəçilər üçün əlverişli biznes qurmaq imkanıdır. Bildirilib ki, xarici investorların cəlb edilməsi məqsədilə ölkədə sağlam investisiya mühiti formalaşıb. Sonda Komit

ənin nümayəndələri iş adamlarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.