Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvü olub

Azərbaycan Ümumdünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının üzvü seçilib.

“Report”un verdiyi məlumata görə, səsvermə Çinin Çendu şəhərində keçirilən təşkilatın Baş Assambleyasının XXII sessiyası, “Turizm və dayanıqlı inkişafın məqsədləri: 2030-cu ilə gədən yolda” adlı tədbir çərçivəsində baş tutub.

Təşkilatın tərkibinə Rusiya, Litva, Rumıniya və Yunanıstan da daxil olub.

Qeyd edilən ölkələr Avropanı ali rəhbər orqanda 2017-2021-ci illər ərzində təmsil edəcək.

UNWTO BMT tərəfindən təsis edilən, 156 ölkəni özündə birləşdirən beynəlxalq qurumdur.