Saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar

“Apple” korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni “Apple Watch” qurğusunu təqdim edib.

“Apple Watch Series 3” cihazı “LTE” dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, cihazın displeyi antena rolunu oynayır. “Apple Watch” qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni “Apple W2” prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı “Digital Crown” düyməsi qırmızı rəngdə rənglənib.

Qurğu 22 sentyabr tarixində satışa çıxarılacaq. “LTE” versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.