97 yaşlı pensiyaçının evindən qızıl külçələr və 800 min avroluq zinət əşyaları oğurlanıb

Parisdə iki dələduz 97 yaşlı pensiyaçının evindən 10 qızıl külçə və 800 min avroluq zinət əşyaları oğurlayıb.

Trend-in məlumatına görə, hadisə Parisin prestijli rayonlarından birində baş verib. Gündüz saatlarında özünü polis kimi təqdim edən iki şəxs yaşlı qadına bildiriblər ki, ərazidə baş verən qarət hadisəsi ilə bağlı araşdırma aparırlar və bu səbəbdən evə daxil olmalıdırlar.

Dələduzlar qadından qiymətli əşyalarının oğurlana biləcəyi adı ilə onları evdə harada saxladığını öyrəniblər. Eləcə də 97 yaşlı pensiyaçı “polislər”ə bankda qızıl külçələrinin də olduğunu deyib. Ahıl qadını bankda həmin külçələrin saxta külçələrlə əvəz oluna biləcəyi ilə qorxudan qarətçilər onunla birlikdə banka gediblər, külçələri də götürdükdən sonra yoxa çıxıblar.