Aşıq Ədalətlə vida mərasimi sabah oğlunun evində keçiriləcək

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasiminin keçiriləcəyi yer dəqiqləşib. 

Bu barədə “Report”a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib. 

O qeyd edib ki, mərhumla vida mərasimi sabah saat 12:00-da oğlunun evində baş tutacaq: “Aşıq Ədalət vida mərasimindən sonra Bakıdakı qəbiristanlıqlardan birində dəfn olunacaq. Hələlik dəfnin yeri ilə bağlı məsləhətləşmələr aparılır”.