Avropa liqasının qrup mərhələsində mübarizəyə start verilib

Sentyabrın 14-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün Avropa liqasının qrup mərhələsində mübarizəyə start verilib.

AZƏRTAC xəbər verir ki, 12 qrupda yer alan 48 komanda arasında oyunlar keçirilir. Avroliqada Türkiyə iki komanda ilə təmsil olunur. “C” qrupunda yer alan “Başakşehir” klubu doğma meydanda Bolqarıstan “Lüdoqorets”ini qəbul edib. Oyun heç-heçə başa çatıb. “İ” qrupunda mübarizə aparan “Konyaspor” isə səfərdə Fransa “Marsel” klubunun qonağı olacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayan oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.

A qrupu

“Slaviya” (Praqa, Çexiya) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:0

“Vilyarreal” (İspaniya) – “Astana” (Qazaxıstan) – 3:1

B qrupu

“Yanq Boyz” (İsveçrə) – “Partizan” (Serbiya) – 1:1

“Dinamo” (Kiyev, Ukrayna) – “Skenderbeu” (Albaniya) – 3:1

C qrupu

“Başakşehir” (Türkiyə) – “Lüdoqorets” (Bolqarıstan) – 0:0

“Hoffenhaym” (Almaniya) – “Braqa” (Portuqaliya) – 1:2

D qrupu

“Riyeka” (Xorvatiya) – AEK (Afina Yunanıstan) – 1:2

“Austriya” (Avstriya) – “Milan” (İtaliya) – 1:5

E qrupu

“Apollon” (Kipr) – “Lion” (Fransa) – 1:1

“Atalanta” (İtaliya) – “Everton” (İngiltərə) – 3:0

F qrupu

“Kopenhagen” (Danimarka) – “Lokomotiv” (Moskva, Rusiya) – 0:0

“Zlin (Çexiya) – “Şerif” (Moldova) – 0:0.